Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şairə Gilə Əliqızı: “Xəstəyəm, can çəkir yaralı ruhum”

Şairə Gilə Əliqızı Laçın rayonundandır. Dörd şeirlər kitabının müəllifidir. Onun şeirlərindəki vətən nisgili, Laçın həsrəti, şəxsi taleyindən qaynaqlanan lirik düşüncələr bu istedadlı şairəni oxucularına sevdirir

Şairənin bir neçə şeirini oxuculara təqdim edirik.


Xəstəyəm, can çəkir yaralı ruhum

Xəstəyəm, sanırlar çarə həkimdir,
Yaralı könlümə loğman neyləsin.
Yarın bir sözüdür çarə dərdimə,
Buna ovuc-ovuc dərman neyləsin.

Xəstəyəm,illərdir dözüm eylədim,
Şeiri son vida, sözüm eylədim.
Nə etdim özümə,özüm eylədim,
Buna yad neyləsin,düşman neyləsin.

Xəstəyəm, can çəkir yaralı ruhum,
Yerindən,yurdundan aralı ruhum.
Şəfası tapılmaz, çaralı ruhum,
Buna bəxt neyləsin,fərman neyləsin.

Xəstəyəm,yoxuşum düzə görünmür,
Xoş günlər bəs niyə bizə görünmür.
Laçının dağları gözə görünmür
Buna çən neyləsin,duman neyləsin.

Xəstəyəm,şöləsi sönən çırğam,
İstisi azalıb,sönən ocağam.
Bütün ümidləri sönən sorağam
Canımda qırılan güman neyləsin...

Vətən

Nə ola sağala sinən də yaran,
Fələyin gərdişi dönə ey Vətən.
Üç rəngli bayrağın Qarabağda da
Ucala göylərə yenə, ey Vətən.
Torpağın dayağım,səman umudum,

Əvvəlim,sonumsan ey ana yurdum.
Sənlə həyat buldum,sənlə yoğruldum,
Ən gözəl sevdasan mənə, ey Vətən.
Dörd mövsümüm,şən,huzurlu yuvamsan,
Sən yazılmış ən möhtəşəm dastansan.

Şəhidlərin pak,müqəddəs qanısan,
Qoyma ocağımız sönə, ey Vətən
Səndə özgə yeri Vətən bilmərəm,
Səni azad görsəm bil ki, ölmərəm.
Başqa vəd etmərəm,qurban demərəm
Mən özüm qurbanam sənə, ey Vətən...

Səninlə üz-üzə qalaq
Yolumuz çıxmaya daşa,
Səninlə iz-izə qalaq.
Ömrüm sənlə yetə başa,
Qocalaq, diz-dizə qalaq.
Ömrüm ömrünə calansın,
Sevdam yolunda sınansın.
Qoy dünya onlara qalsın,
Səninlə göz-gözə qalaq.

Əl götürək, bu dünyadan,
Keçək hər kəsdən,hamıdan.
Çıxaq fələyin yadından
Kaş, elə biz-bizə qalaq.
Bahar gələ qarlı qışa,
Bəxtim dönə sənlə başa.
Kaş ömrümüz keçə qoşa
Səninlə üz-üzə qalaq...

Laçın

Girov ellərinə bahar gəlibdir,
İndi düzlərin də gül açıb, Laçın.
Şehli çəmənlərin,buz bulaqların
İndi dağlarında dil açıb, Laçın.

Bürüyüb hər yanı dumanın,çənin,
Qoynun məsgənidir indi kimlərin.
Kimlər heyran qalıb hüsnünə sənin
Əllərin kimlərə əl açıb, Laçın.

Gör neçə illərdir səni görmürəm,
Min şirin gümanla yenə dözürəm.
Bağlıdır yolların, gələ bimirəm,
Xəyalım qoynuna yol açıb Laçın...

Mən səninlə var olmuşam

Mən səni görəndən sonra,
Özgələrə kor olmuşam.
Bütün sözlərə,səslərə
Lal olmuşam,kar olmuşam.

Səni səndən çox sevmişəm,
Sənlə dünyaya gəlmişəm.
Səndən öncə yox imişəm
Mən səninlə var olmuşam.

Ömrüm calansın ömrünə,
Əvvəl,axırsan sən mənə.
Ya torpağa,ya da sənə
Əbədilik yar olmuşam...

Mənsizlik acısı

Məndən gözəlini görərsən bir gün,
Sevgimi biriylə bölərsən bəlkə.
Çıxarıb qəlbindən ömürlük məni
Bir gün başqasını sevərsən bəlkə.

Bir gün alışarsan bu ayrılığa,
Pərvanə olarsan özgə çırağa.
Yanarsan bir özgə oda, ocağa
Məni ürəyindən silərsən bəlkə.

Mənsizlik acısı yox olar, bir gün,
Qəlbinin yarası sağalar bir gün.
Sənə vurulanlar çoxalar bir gün,
Qatarlar başını dözərsən bəlkə...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar